21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Yaponiyada istilərdən 138 nəfər ölüb

08.08.2018

Yaponiyadakı anomal istilər nəticəsində son 3 ayda bu ölkədə 138 nəfər həyatını itirib.
"Anadolu” agentliyi xəbər verir ki, Yaponiya Fövqəladə Hallar Agentliyi hazırladığı hesabatda bildirib ki, aprel 30-dan başlayaraq istidən ölənlərin sayı artıb. Bundan başqa 71 min 266 nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib. Agentlik hesabatında qeyd edib ki, ölkə tarixində ilk dəfədir Yaponiya hökuməti bu cür statistika ilə qarşılaşır.
Qeyd edək ki, Yaponiyada sonuncu dəfə 40 dərəcə temperaturdan artıq istilər 2013-cü ildə qeydə alınıb. O vaxt xəstəxanaya müraciət edənlərin sayı 58 min 729 nəfər olub.