ABŞ nöqtə qoydu
25.06.2021
ABŞ və İran arasında 2015-ci il nüvə anlaşmasının şərtlərinə qayıtmaq üçün əhəmiyyətli fikir ayrılıqları var.
DM xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin adı açıqlanmayan rəsmi şəxslərindən biri deyib.
Departament rəsmisi İranla yaxın gələcəkdə razılığın çətin olacağını vurğulayıb:
"Hələ də İranla ortaq yol tapa bilmədiyimiz ciddi fikir ayrılıqlarımız var. İranın 2015-ci il nüvə razılaşmasının şərtlərinə qayıtması və ABŞ-ın ləğv etməsini təklif edəcəyi sanksiyalar kimi məsələlər var. Hər iki tərəfin dialoq aparmalı olduğu bir çox problem qalıb. Hər mövzuda razılaşma əldə olunmayıbsa, deməli, heç nə razılaşdırılmayıb".
Qeyd edək ki, daha öncə Rusiyanın Vyana beynəlxalq təşkilatlarındakı daimi nümayəndəliyinin rəhbəri Mixail Ulyanov İranla ABŞ arasında nüvə müqaviləsi ilə bağlı böyük ölçüdə razılaşma əldə ediliyini bəyan edib.
Facebook