Patruşev: Dünyanın xəritəsi yenidən formalaşa bilər
24.06.2021
İqlim dəyişikliyi böyükmiqyaslı qlobal böhrana gətirib çıxara bilər.
DM xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.
"İqlim dəyişikliyini unutmaq olmaz, hansı ki, yüzilliyin ilk yarısında dünyanın siyasi xəritəsini yenidən formalaşdıra bilər. Ən pis ssenaridə isə miqyası böyük olan qlobal böhrana gətirib çıxara bilər”, – deyə o bildirib.
Onun sözlərinə görə, süni intellekt və sintetik biologiya kimi yeni texnologiyalar ölkələrin qarşıdurma maraqları üçün istifadə edilir.