Lavrovdan Qarabağ açıqlaması
24.06.2021
Rusiya ATƏT Minsk qrupunun digər həmsədrləri ilə birlikdə Azərbaycan və Ermənistana qarşılıqlı etimadı gücləndirmək üçün kömək etməyə davam edir.
DM Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva Konfransında deyib.
"Rusiya Qarabağda müharibənin dayandırılmasında əsas rol oynadı. Moskva Cənubi Qafqazda sülhün bərpası üçün də çox işlər gördü. Biz ATƏT Minsk qrupunun digər həmsədrləri ilə birlikdə tərəflərə öz aralarında inam yaratmaqda, humanitar layihələri həyata keçirməkdə kömək etməyə davam edirik".