ABŞ İrana qarşı bir çox sanksiyanı aradan qaldıracaq
24.06.2021
Vyanada İranın nüvə proqramı ətrafında aparılan danışıqların gedişində ABŞ-ın eks-prezidenti Donald Tramp zamanında İrana qarşı iqtisadi sahədə tətbiq olunmuş mindən çox sanksiyanın aradan qaldırılması barədə razılıq əldə edilib.
"RİA Novosti” xəbər verir ki, bunu İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi bəyan edib.
O qeyd edib ki, Tramp dövründə İrana qarşı tətbiq edilmiş 1040-a yaxın sanksiya aradan qaldırılacaq.
M.Vaezinin sözlərinə görə, hazırda danışıqlar masasında Trampın hakimiyyətindən öncə qüvvəyə minmiş sanksiyaların ləğvi məsələsi müzakirə olunur.