Ərəblər Kanadadan ÇIXARILIR - GƏRGİNLİK son həddə
08.08.2018
Səudiyyə Ərəbistanı Kanadadakı tibbi yardımla bağlı bütün proqramlarını dayandırıb.
"Dövran Media" xəbər verir ki, bu barədə informasiyanı Səudiyyə Ərəbistanı mətbuatı yayıb. Mətbuat hazırda Kanadada müalicə alan bütün səudiyyəlilərin qonşu ölkələrə köçürüldüyünü bildirib.
"Röyter” agentliyi isə öz növbəsində Kanadanın Ər-Riyadla münasibətləri düzəltmək üçün BƏƏ və Britaniyadan yardım istədiyini bildirib.
Qeyd edək ki, Kanada-Səudiyyə münasibətləri rəsmi Ottavanın ərəb aktivisti tutmasına görə Ər-Riyadı tənqid etməsindən sonra gərginləşib. Bundan sonra Səudiyyə Ərəbistanı Kanadadan səfirini geri çağırıb, Kanada səfirini arzuolunmaz şəxs elan edib.