21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Rusiyada əhali çiplənəcək

23.06.2021

 Rusiya hökuməti vətəndaşlarını çipləmək barədə yeni bir proqram hazırlayır.

Bu barədə "Kommersant” xəbər verir.

Bildirilir ki, yeni proqrama əsasən insanların beyninə xarici cihazlardan məlumatların birbaşa ötürülməsi üçün mikro kompyuterlərin yerləşdirilməsi təklif olunur.

Nəşrə görə, sənəd Rusiya Elmlər Akademiyası tərəfindən Moskva Dövlət Universiteti ilə birlikdə düşünülüb və hazırlanıb, eyni zamanda mart ayında Rusiya prezidenti Vladimir Putin tərəfindən də təsdiqlənib. Putin Baş nazir Mixail Mişustin və Prezident Administrasiyasının başçısı Anton Vaynoya bu işi görməyi tapşırıb.

Yeni "Beyin, Sağlamlıq, İntellekt, İnnovasiya” federal proqramı üçün 2029-cu ilə qədər 54 milyard rubl (1 255 900 000 manat) lazımdır. Layihə, xüsusən də beyin siqnallarını istifadə edərək xarici cihazları idarə etməyə imkan verən bir sıra aparat sistemləri - neyro interfeys texnologiyalarının inkişafını əhatə edir.

Sənəd müəllifləri, bu texnologiyalar üçün elmi bazanın yaradılması və qabaqcıl prototiplərin kütləvi şəkildə istehsal olunmasının vacibliyini qeyd edirlər. Beləliklə, mürəkkəb sistemlərin həm birbaşa, həm də uzaqdan idarə olunması üçün "insan-texnologiya” interfeyslərinin uzaqdan mövcudluq prinsipi, avatar əsasında yaradılması planlaşdırılır.