9:33:37 10 04 2025-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Ayvazyan məhbuslarla bağlı ittihamlara cavab vermədi

23.06.2021

Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın onun əleyhinə səsləndirdiyi fikirlərə münasibət bildirməkdən boyun qaçırıb.

DM xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

"Mən absurd hücumlar və böhtanlara münasibət bildirmirəm. Bu müddət ərzində kimin nə etməsi, hər şey sənədləşdirilir və qeyd olunurdu. Xatırladım ki, istefamdan bir həftə əvvəl Nikol Paşinyan hökumətin iclasında Xarici İşlər Nazirliyinin səmərəli işini yüksək qiymətləndirdi”, - deyə Ayvazyan bildirib.

Qeyd edək ki, bu gün Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sabiq xarici işlər naziri Ara Ayvazyanı erməni məhbusların geri qaytarılması prosesini pozmaqda günahlandırıb.