21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

COVİD-19 pasportunun tətbiqi ilə bağlı qətnamə

22.06.2021

 Avropa Şurası Parlament Assambleyası (AŞPA) "COVİD-19 sertifikatları: fundamental hüquqların qorunması və hüquqi nəticələri" adlı qətnamə qəbul edib.

DM Report-a istinadən xəbər verir ki, sənəddə COVİD-19 pasportunun tətbiqi ilə bağlı qərar verən ölkələrin sayının artdığı qeyd olunub.

"AŞPA bu pasportların verilməsi zamanı hər bir şəxsin vəziyyətinə uyğun gələn fərqli münasibət göstərilməsinin ayrı-seçkiliyə aparıb çıxara biləcəyindən və beləliklə, bunun insan hüquqları və azadlığına mənfi təsir göstərə biləcəyindən narahatlığını bildirir. Bu səbəbdən AŞPA tovsiyə edir ki, şəxsi məlumatların qoruna bilməsi üçün COVİD-19 pasportu sistemi aydın hüquqi əsaslara, hərtərəfli zəmanətə əsaslanmalıdır", - qətnamədə vurğulanıb.

Sənəddə bildirilib ki, pandemiya başa çatdıqdan sonra sistemdəki məlumatlardan sui-istifadə olunmaması üçün ciddi nəzarət yaradılmalıdır:

"Eyni zamanda COVİD-19 pasportu verilərkən görülən tədbirlər Avropa Şurasının şəxsi məlumatlar və şəxsi həyata dair hüquqi normalarına uyğun şəkildə həyata keçirilməlidir”.