Ohanesyan: Nikola qarşı qorxunc təxribat hazırlanır
22.06.2021
Sərkisyan və Köçəryan hətta ikisi birlikdə belə Nikol Paşinyan kimi "zəif” sayılan rəqibi məğlub edə bilmədilər. Amma bu hələ başlanğıcdır – quldur Robik və Serjik təslim olmaq fikrində deyillər.
DM xəbər verir ki, bu barədə erməni siyasi icmalçı Samvel Ohanesyan yazır.
"Robik və Serjikin bu cür biabırçı uduzması onu göstərir ki, erməni xalqı quldurlardan, terrorçulardan bezib. İnsanlarımızın yadından çıxmayıb ki, bu iki quldurun hakimiyəti dövründə biznesi olanlar qazanclarının yarısını onlara verməli idilər. Orduda əsgərlər alçaldılırdı, "dedavşina” baş qaldırmışdı. Əsgərləri zorlayırdılar. Avropaya inteqrasiya cəhdləri batırılırdı. Amma biz gördük ki, hətta ölkənin ağır siyasi vəziyyətində belə bu quldurların spekulyasiya etmək cəhdləri heçə endi. Onlar özləri üçün ən əlverişli bir anda məğlub oldular.
İndi Paşinyan Ermənistanın siyasi və iqtisadi dalandan çıxarılması üçün titanik işlər görməlidir.
Amma qudur Robik və Serjik Paşinyanı mümkün qədər ağrılı vurmaq üçün gizli şəkildə təxribatlar təşkil edəcəklər”, - deyə Ohanesyan qeyd edib.