De Byazi Azərbaycan millisindən ayrıla bilər
22.06.2021
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi postundan ayrıla bilər.
DM xəbər verir ki, 65 yaşlı mütəxəssis İtaliyanın "Sampdoriya” komandasına baş məşqçi təyin oluna bilər. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. De Byazinin "Sampdoriya” rəsmiləri ilə əlaqələrinin yaxşı olduğu və ötən mövsüm də bu komandanı çalışdırmağa yaxın olduğu bildirilib.
İtalyan jurnalist Canluka Di Marzio "instagram” hesabında paylaşım edərək, De Byazinin yaxın zamanda İtaliya komandalarından birinə baş məşqçi təyin oluna biləcəyini qeyd edib. De Byazi ilə bağlı yeniliyin tezliklə açıqlanacağı bildirilir.
De Byazi 2020-ci ilin noyabrından Azərbaycan millisini çalışdırır.