Süveyş kanalı 3 ildə 15,8 milyard dollar qazandırıb
07.08.2018
Süveyş kanalı onun yeni məcrasının (Süveyş kanalının qismən dublyoru) işə salındığı vaxtdan etibarən - 2015-ci ilin avqustundan 2018-ci il iyulun sonunadək dövlətə rekord həcmdə - 15,8 milyard dollar gəlir gətirib.
Bu məlumatı Süveyş kanalı Administrasiyasının sədri Mohab Mamiş Qahirədə açıqlayıb. Onun sözlərinə görə, 3 il ərzində 52199 gəmi rekord miqdarda yüklə Süveyş kanalını keçib. Göstərilən dövrdə dəniz yükdaşımaları 3,01 milyard ton təşkil edib.
M.Mamiş qeyd edib ki, Süveyş kanalından gələn gəlir 2017-2018-ci maliyyə ilində öz tarixində ən yüksək həddinə - 5,6 milyard dollara çatıb.