Gürcüstanda Beriyanın yay iqamətgahı satılıb
22.06.2021
Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf nazirliyinin Dövlət Əmlakının İdarəolunması Agentliyi vaxtilə SSRİ DİN-in xalq komissarı Lavrenti Beriyanın istifadə etdiyi bağ evini hərraca çıxarıb.
TASS xəbər verir ki, Tbilisi yaxınlığındakı Kocori qəsəbəsindəki tərk edilmiş iqamətgah 2.5 milyon lariyə (təxminən 1.3 milyon manat) alıcı tapıb.
Obyekti "İberotel” şirkətinin direktoru İvane Barbakadze əldə edib.
Qeyd edək ki, iqamətgahın sahəsi 22 min kvadratmetrdən çoxdur.