Üç ölkənin XİN başçısı Azərbaycana gəlir
22.06.2021
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borelin mandatı əsasında üç ölkənin xarici işlər nazirləri Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək.
DM-in məlumatına görə, bu barədə Rumıniyanın xarici işlər naziri Boqdan Auresku özünün "Twitter” hesabında yazıb.
O, avstriyalı və litvalı həmkarları - Aleksandr Şallenberq və Qabrielius Landsbergislə 24-26 iyun tarixlərində regionda səfərdə olacaqlarını bildirib.