Ermənistan seçkilərdən sonra
21.06.2021
"Sənədin altında Paşinyanın imzası var və o sənədin yerinə yetirilməsinin əsas qarantıdır (Ermənistan tərəfdən – red.). Ermənistanın yeni rəhbərinin hipotetik olaraq müqavilələri yerinə yetirməkdən imtina edəcəyi bir vəziyyət heç kimi razı salmazdı”.
Bu sözləri Ermənistandakı seçkilərin nəticələrini qiymətləndirən "İzbork klubu”nun üzvü, Geosiyasi Ekspertiza Mərkəzinin direktoru, Beynəlxalq Avrasiya Hərəkatı rəhbərinin müavini Valeri Korovin bildirib.
"Paşinyanın sərt çərçivəyə salındığı aydındır: daxildən əhalinin, xaricdən isə Qərbin təzyiqi altındadır. Onun üçün yeganə fürsət pəncərəsi Rusiya istiqamətindədir, hansı ki nəqliyyat dəhlizlərinin inkişafında və 44 günlük müharibənin nəticələrinə əsasən imzalanan müqavilənin bəndlərinin həyata keçirilməsində maraqlıdır. Paşinyanın infrastruktur layihələri və nəqliyyat dəhlizləri ilə bağlı razılaşmaları yerinə yetirməkdən başqa yolu yoxdur”, - deyə o bildirib.