Kremldən Ermənistanda baş verənlərə MÜNASİBƏT
21.06.2021
Kreml Ermənistandakı parlament seçkiləri ilə bağlı vəziyyəti yaxından izləyir.
DM xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"İrəvandan gələn məlumatları çox yaxından izləyirik. Ermənistan Mərkəzi Seçki Komissiyasının seçkilərin baş tutması ilə bağlı verdiyi məlumatları alqışlayırıq. Paşinyanın partiyasının qələbəsi inandırıcı görünür. Ümid edirik ki, erməni xalqının qərarı ölkənin bundan sonrakı inkişafına kömək edəcək”, - Peskov vurğulayıb.
Qeyd ki, iyunun 20-də Ermənistanda erkən parlament seçkiləri keçirilib. Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın "Vətəndaş razılaşması" partiyası ölkə üzrə qeydiyyatdan keçmiş 2008 seçki məntəqəsində səslərin sayılmasından sonra qalib gəlib.