03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

ABŞ-dan Türkiyə açıqlaması: Biz hələ də DOSTUQ

07.08.2018

Mövcud gərginliyə baxmayaraq ABŞ Türkiyənin sağlam dostu və müttəfiqi olaraq qalmaqdadır.
"Dövran Media" xəbər verir ki, bu barədə məlumatı öz Tvitter səhifəsində ABŞ-ın Ankaradakı səfirliyi yayıb.
"Ölkələrimiz canlı bir iqtisadi əlaqəyə sahibdir. Guya ABŞ rəsmilərindən birinin dolların 7 lirə olacağı haqqında söylədiyi fikirlər əsassızdır və xəbərlərin Türkiyə mediasında yer alması narahatvericidir. Bu, uydurulmuş və əsassız yalandır” – deyə açıqlamada bildirilib.
Qeyd edək ki, bundan öncə Türkiyənin Rusiya Araşdırmalar İnstitutunun rəhbəri Saleh Yılmaz ABŞ səfirliyinin nümayəndələrindən birinin ona dolların 7 lirəyə qədər bahalaşacağı haqqında məlumat verdiyi barədə informasiya paylaşmışdı.