Rövnəq Abdullayev FIFA prezidenti ilə görüşdü
21.06.2021
AVRO-2020-nin A qrupu çərçivəsində Bakı Olimpiya Stadionunda təşkil olunan İsveçrə – Türkiyə oyununu izləmək üçün Bakıda səfərdə olan FIFA-nın prezidenti Canni İnfantino ilə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib.
DM xəbər verir ki, görüşdə AVRO-2020-nin Bakıda təşkil olunan oyunları barədə fikir mübadiləsi aparılıb.
FIFA-nın prezidenti təşkilati işlərlə bağlı məmnunluğunu bildirib.