İsraildən ÇAĞIRIŞ: “Özünüzü ABŞ kimi aparın”
07.08.2018
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsini dəstəkləyib və Avropa ölkələrini də ABŞ kimi davranmağa çağırıb.
"Dövran Media" xəbər verir ki, o deyib: "Mən ABŞ Prezidenti Donald Tramp və ABŞ administrasiyasının İrana qarşı sanksiyalarla bağlı mühüm qərarını dəstəkləyirəm. Bu, İsrail, ABŞ, region və bütün dünya üçün mühüm addımdır".
İsrailli nazir əlavə edib: "Mən Avropa ölkələrini də bu təşəbbüsə qoşulmağa çağırıram. ABŞ necə hərəkət edirsə, Avropa da özünü elə aparmalıdır".