"Seçkilərin nəticələrini tanımırıq" - Koçaryanın bloku
21.06.2021
"Bütün problemli məsələlər aydınlaşdırılmayınca və şübhələrə son qoyulmayınca seçkilərin nəticələrini qəbul etməyəcəyik”.
DM Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə sabiq prezident Robert Koçaryanın rəhbəri olduğu "Ermənistan" blokunun bəyanatında deyilir.
Blokdan bildirilib ki, növbədənkənar parlament seçkilərinin dərc edilmiş nəticələri olduqca ziddir və etimada səbəb olmur: "Onlar ictimai həyatın (hansıların ki, 8 ay ərzində şahidi olduq) müxtəlif təzahürləri ilə, sorğuların nəticələri, həmçinin beynəlxalq sorğularla, eləcə də sağlam düşüncə ilə kəskin ziddiyyət təşkil edir".
Müxalifət qüvvələrinin təşviqat kampaniyasının gedişatında keçirilmiş izdihamlı mitinqləri və hakimiyyət orqanları tərəfindən keçirilmiş kiçik tədbirlər zamanı etimad böhranı tamamilə fərqli ictimai hisslərin mövcudluğunu göstərib.
"Etimadsızlığın ən ciddi əsası seçki günü müxtəlif seçki məntəqələrindən gələn yüzlərlə siqnaldır ki, bu da seçki nəticələrinin sistemli, əvvəlcədən planlaşdırılan saxtalaşdırılmasına şahidlik edir. "Ermənistan" bloku, iddia edilən pozuntularla bağlı dərhal dərin və əsaslı bir araşdırma aparmaq vəzifəsini qaldırır", - bəyanatda deyilir.
Ermənistanın Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, dünən keçirilən növbədənkənar parlament seçkilərində baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş müqaviləsi" Partiyası qalib olub. Qeyd edilir ki, seçki məntəqələrinin 437-nin yaxıd 21 %-nin nəticələrinin hesablanmasından sonra Paşinyanın partiyasının 59,49 % seçici səsi topladığı məlum olub. Seçkilərdə onun əsas rəqibi olan Robert Koçaryanın rəhbərlik etdiyi "Ermənistan" blokuna isə 18,14 % seçici səs verib.