“Azercell”-dən yeni Eksklüziv mağaza
07.08.2018
Fəaliyyətində müştəri məmnuniyyətinə böyük önəm verən və 4,5 milyonluq abunəçi ailəsinə daha keyfiyyətli xidmət təqdim etmək üçün "Azercell Telekom” MMC Bakıda və bölgələrdə eksklüziv mağazalarının sayını artırmaqdadır.
Bu dəfə Bərdə və ona yaxın regionlarda yaşayan "Azercell”lilər şirkətin yeni konsepsiyalı mağazasından yararlana biləcəklər. Belə ki, avqustun 7-dən etibarən Bərdə şəhəri yeni konsepsiyalı ofis abunəçilərin ixtiyarına verilib.
Bərdə Ekslüziv mağasasının açılışı ilə əlaqədar 7-13 avqust tarixlərində həmin mağazadan yeni Smartfon alan hər bir müştəri Azercell nömrəsinin balansına danışıq və internet istifadəsi üçün 150 manat hədiyyə qazanacaq.
Bundan əlavə yeni mağaza abunəçilərin rahatlığını təmin etmək, yüksək standartlara uyğun xidmət göstərmək üçün bütün şərait və ən müasir avadanlıqlarla təmin olunub. Mağazada abunəçilər peşəkar satış mütəxəssislərinin yardımı ilə istədiyi məhsulu tədqiq və müqayisə edə, sınaqdan keçirə bilərlər. Yeni konsepsiyalı mağazaların daha bir üstünlüyü şirkətin müştəri xidmətləri mərkəzlərində təqdim olunan bir çox əməliyyatların burada icra olunmasıdır.
"Azərbaycan”