03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Risk qrupuna daxil olanlara üçüncü doza peyvənd vurula bilər?

18.06.2021

"Peyvəndin üçüncü dozasının tətbiqi ilə bağlı zərurət yarana bilər”.

Bunu "ARB 24”ün "İş vaxtı” verilişinə açıqlamasında həkim Vüqar Cavadzadə deyib.

O bildirib ki, 6 aydan sonra risk qrupuna daxil olan şəxslər yenidən peyvəndlənə bilər:

"Son günlər anticisimlərlə bağlı analizlərin nəticəsindən aydın olur ki, 4-5 ay bundan əvvəl xəstəliyi keçirənlərin qanında anticisimlərin miqdarı çox aşağı olur və ya heç olmur. Belə olan halda həmin insanların virusa yoluxması qaçılmazdır. Çox güman ki, peyvəndin üçüncü dozasının vurulmasına zərurət yaranacaq. Yəqin ki, bu, ilk növbədə risk qrupuna daxil olan şəxslərə, yəni həkimlər və yaşı çox olan insanlara bu, tətbiq olunacaq. Çünki peyvəndin yaratdığı antitellər demək olar ki, 6 aydan sonra yox olmaq üzrə olur”.