Azərbaycanın axtarışa verdiyi Abramyan danışdı
18.06.2021
Azərbaycanın beynəlxalq axtarışa verdiyi Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan rəsmi Bakının açdığı cinayət işinə reaksiya verib.
DM xəbər verir ki, "RİA Novosti”yə açıqlama verən Abramyan hələlik beynəlxalq axtarışa verilməsinə dair heç bir rəsmi xəbərdarlıq almadığını bildirib.
Abramyan, həmçinin Azərbaycanın açdığı cinayət işinin nəticələrindən qorxmadığını söyləyib.
Qeyd edək ki, Baş Prokurorluq bundan öncə Qarabağa qanunsuz silah daşınmasında ittiham edərək, erməni milyarder Samvel Karapetyan, Ara Abramyan və silah baronu David Qalstyanı beynəlxalq axtarışa verib.