Daha bir hərbçimiz göldə boğuldu
18.06.2021
Bu gün Laçın istiqamətində daha bir hərbi qulluqçumuz göldə boğularaq hələk olub.
DM xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilir ki, həlak olan 2001-ci il doğumlu İsmayıllı rayonu, Quşencə kənd sakini əsgər Nicat Eynulla oğlu Əkbərovdur.
O,Vətən müharibəsi iştirakçısı kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdi.
Qeyd edək ki, ötən gün Azərbaycan Ordusunun daha bir hərbi qulluqçusu, kapitan İlham Allahverdi oğlu Fərzəliyev göldə çimərkən boğularaq həlak olub.