Azərbaycanlı güləşçi Avropa çempionatında erməni rəqibinə qalib gəldi
18.06.2021
Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir.
DM xəbər verir ki, yarışın beşinci günündə Azərbaycanın üç yunan-Roma güləşçisi mübarizəyə qoşulub.
Bunlardan 65 kq çəki dərəcəsində çıxış edən Kənan Abdullazadə 1/8 finalda Ermənistan təmsilçisi Aşot Xaçatryanla üz-üzə gəlib. İdmançımız rəqibinə 7:3 qalib gəldiyi görüşdə onu "tuşe” (kürəyini döşəyə sıxma) ilə məğlub edib və növbəti mərhələyə adlayıb. O, 1/4 final mərhələsində gürcü əsilli İmed Xudzadze (Ukrayna) ilə qarşılaşacaq.
Qeyd edək ki, Avropa çempionatında daha əvvəl sərbəst güləşçilərdən Musa Verdiyev (48 kq), Cavid Cavadov (51 kq) və Abdulrəhman İbrahimov (60 kq) gümüş, Yusif İsparov (45 kq) isə bürünc medal qazanıb.