Azərbaycan əsgəri də Əfqanıstanda qala bilər
18.06.2021
ABŞ və NATO qüvvələrinin Əfqanıstanı tərk etməsinə baxmayaraq, Türkiyə hərbçiləri bu ölkədə qalacaq və paytaxt Kabilin hava limanını qoruyacaq.
Bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Pakistan və Macarıstanın bu prosesdə Ankaraya dəstək verəcəyi barədə aşıqlamasını şərh edən politoloq bildirib ki, Azərbaycan da kiçik hərbi kontingentlə Əfqanıstanda Türkiyənin yanında ola bilər:
"Onsuz da Azərbaycan sülhməramlı qüvvələri uzun müddətdir "NATO-un Sülhnaminə Tərəftaşlıq” proqramı çərçivəsində Əfqanıstanda xidmət edir. Azərbaycan dost dövlətlərin – Türkiyə, Pakistan və Macarıstanın yanında yer alarsa, bu, Vaşinqton tərəfindən də yüksək qiymətləndiriləcək. Bununla Ermənistan və erməni lobbisi ilə mübarizədə beynəlxalq arenada mövqelərimizi gücləndirmiş olarıq. Əfqanıstanın Azərbaycana dost dövlət olduğunu da nəzərə almalıyıq. Müharibə günlərində Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəsətəkləyən dövlətlərdən biri də Əfqanıstan idi”.