“Biz şayiələri şərh etmirik” - Lavrov
18.06.2021
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin Azərbaycanda hərbi baza yaradacağı barədə yayılan məlumatları şayiə adlandırıb.
DM xəbər verir ki, bu barədə Rusiya XİN başçısı belaruslu həmkarı Vladimir Makeylə birgə mətbuat konfransında Türkiyənin Azərbaycanda hərbi baza yaratmasının mümkünlüyünə dair suala cavabında bildirib.
"Biz şayiələri şərh etmirik”, - deyə S. Lavrov vurğulayıb.