21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Lirənin bahalaşması mümkün deyil - ANALİTİKA

07.08.2018

Türkiyənin iri şirkətlərinin borc yükü artıb
Ötən gün Türkiyənin milli valyutası lirənin ABŞ dolları qarşısında məzənnəsi 6,3% azalaraq 5,34-ə düşdü. Türkiyənin səhm bazarındakı vəziyyəti əks etdirən "iShares MSCİ Turkey” indeksi isə 7,5% gerilədi.
"Report”un analitik qrupu bildirir ki, bu, adı çəkilən indeksin 2009-cu ildən bəri olan ən pis göstəricisidir.
Türiyənin yeni idarəetmə sisteminə keçməsi ilə bağlı siyasi risk gözləntilərinin artması, inflyasiya probleminin davam etməsi, xarici ticarət balansındakı kəsirin artması hələ də lirənin məzənnəsi və maliyyə bazarındakı xoşagəlməzliklərin fundamental səbəbləri kimi qalsalar da, hazırkı vəziyyət ABŞ-Türkiyə siyasi gərginliyidir.
Türkiyənin ABŞ-dan olan rahib Endryu Bransonu həbsdə saxlamasına cavab olaraq ABŞ-ın Türkiyənin iki nazirinə sanksiya tətbiq etməsinə, qonşu ölkəyə tətbiq edilən ticarət güzəştinin ləğv ediləcəyi gözləntilərinə baxmayaraq, rəsmi Ankaranın ölkə qanunvericiliyinə uyğun məhkəmə prosesinin olacağı ilə bağlı ismarıcları, tərəflər arasında siyasi gərginliyin və Türkiyə iqtisadiyyatı üzərində təzyiqin artmasına səbəb olub. Türkiyə Mərkəzi Bankı lirənin ucuzlaşmasının qarşısını almaq üçün ötən gün valyuta üzrə məcburi ehtiyat normasını aşağı salaraq bazara 2,2 mlrd. ABŞ dolları məbləğində likvidlik versə də, bu kifayət etməyib. Bu, bəlkə də qurumun bazarın tələbinə uyğun olaraq lazımi qərarı vaxtında verməməsi ilə bağlıdır. Lakin Türkiyə diplomatlarının yaranmış vəziyyətlə bağlı ABŞ-a səfər edəcəkləri xəbəri bu gün qonşu ölkədə 1 dolların 1,1% ucuzlaşaraq 5,27 lirə olmasına səbəb olub.
Bununla belə, Türkiyə hazırda ciddi fundamental iqtisadi probləmlərlə üz-üzədir. Bu ilin may ayının yekununda qonşu ölkənin xarici ticarət balansındakı kəsir 5,885 mlrd. dollar təşkil edib ki, bu da illik müqayisədə 516 mln. dollar çoxdur. Üstəlik ölkədə qiymət artımının illik həddi 15,85%-ə çatıb. Bütün bunlar türk lirəsinin məzənnəsini daim təyqiz altında saxlayır.
Təbii ki, lirənin dəyər itirməsi xarici valyutalarda borclanan şirkətlərin borc yükünü artırdığından Türkiyənin özəl sektoru da hazırda yüksək borclanmadan əziyyət çəkir. Belə ki, keçən il mart ayına nisbətən bu ilin mart ayında Türkiyə şirkətlərinin xarici borcu 401 mln. dollar artıb. Lakin martda Türkiyədə 1 dollar 3,8 lirəyə bərabər idi. Hazırda özəl sektorun xarici valyutada olan borcu 225 mlrd. dollar təşkil edir. Bu il TRY/USD nisbətinin 3,79-dan 5,2-yə yüksəlməsi özəl sektorun borc yükünün təxminən 300 mlrd. lirə artması deməkdir. Bundan sonra qeyd olunan siyasi və iqtisadi problemler həll olunsa belə, lirənin nəzərəçarpacaq dərəcədə dəyər qazanması və özəl sektorun borc yükünün lirə ifadəsində azalması inandırıcı görünmür. Bu da öz növbəsində ölkədə fəaliyyət göstərən böyük şirkətlərin mənfəətinin azalması fonunda İstanbul Fond Birjasında ("Borsa İstanbul”) onların səhmlərinin ucuzlaşmasına səbəb olur.