"Taksi"nin ulduzu DÖYÜLDÜ
07.08.2018
"Taksi" franşizasındakı rolundan sonra məşhurlaşan fransız aktyor Samir Naseri Moskvada döyülüb.
"Dövran Media" MK-ya istinadən bildirir ki, insident avqustun 5-də Moskvanın mərkəzindəki "Voice" karaoke-barda baş verib.
Aktyor barda qardaşı Bibi Naseri ilə istirahət edirdi. Onlar müştərilərdən biri ilə mübahisə ediblər.
Müştəri Samir Naserinin üzünə yumruq zərbəsi endirib.
Polis olayı araşdırır.
Samir Naseri "Taksi" filminin 4 hissəsində marselli taksi sürücüsü Daniel Morales rolunu oynayıb.