21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Rusiya dağılmaq üzrədir... - Bilal Əliyev

17.06.2021

Artıq dünyanın bir çox ölkəsində toyların keçirilməsinə icazə verilir. Bəzi ölkələr də bu icazələrin verilməsi üçün müəyyən təkliflər planı, layihələr hazırlayırlar.

Azərbaycanda isə bir ildən çoxdur ki, toyların keçirilməsi qadağan edilib, şadlıq evlərinin fəaliyyəti tamamilə iflic olub.

Bu üzdən çörəyi toydan çıxan insanlar işsizdir. Onlardan ən çox tanınanları isə müğənnilərdir. Onlar tezliklə toyların keçirilməsinə icazə verilməsini tələb edir, mövcud vəziyyətdən gileylənirlər.

Məsələ ilə bağlı danışan Xalq artisti Bilal Əliyev isə həmkarlarından bir qədər fərqli düşünür. Müğənni hesab edir ki, toyların keçirilməsinə icazə verilməsi xəstəlik sayına təsir edəcək:

"Cənab Prezident hər şeyi gözəl bilir. O bilir ki, toy məclislərinə icazə verilsə nə baş verə bilər. Əgər toylara hələ də icazə yoxdursa, deməli məsləhət deyil, insanlar yenidən yoluxa bilərlər, xəstəlik sayı yenidən arta bilər. Bilirsiniz, bəzən tamah insanları elə yerə aparıb çıxarır ki, heç ağlınıza da gəlməz. Ağıllı insanlar bir tikə çörəyi duza batırıb yeyər ki, təki belə şəraitdə xəstəlik yaymasınlar. Ona görə biz bir müddət də səbr etməliyik. Gözləyək, nə vaxt məsləhət bilinərsə, onda toylar keçirilər”.

Sənətçi şou əhlinin əksəriyyətinin qonşu ölkə - Rusiyaya üz tutub, oradakı həmyerlilərimizin toylarında çıxış etməsinə də münasibət bildirib:

"Rusiyaya gedən həmkarlarımı bəzən tənqid edənlər də tapılır. Buna gərək yoxdur. Demək ki, pula ehtiyacları var deyə gedirlər, mənim də ehtiyacım olsa, gedərəm. Yaxud da ola bilər ki, həmin sənətçilərə yüksək tələbat var, onlar da gedir. Onlar da bir parça çörəklərini qazanrlar, burda pis nə var axı? Amma bir məsələ var ki, bizdə vəziyyə yaxşı olsa da, Rusiya dağılmaq üzrədir, yoluxma sayı kəskin artıb. Oradakı həmyerlilərimiz daha böyük risk altındadırlar, yoluxa bilərlər. Mənim həmkarlarıma yeganə məsləhətim o olar ki, ehtiyatlı olub, özlərini qorusunlar. Sağ-salamat ruzilərini qazanıb, vətənə geri dönsünlər”.