Erməni siyasətçinin Paşinyan haqqında AÇIQLAMASI
17.06.2021
Nikol Paşinyanın varlığı idrakımız üçün təhqirdir.
Erməni mətbuatının məlumatına görə, "Ermənistan” blokunun təmsilçisi, Erməni Dirçəliş Partiyasının lideri və Sünikin sabiq qubernatoru Vaqe Hakobyan Gümrüdə keçirilən mitinqində belə deyib.
"Şərin lideri adekvatlığın qalıqlarını itirərək ulduzlardan danışır. Onun fikrincə, ulduzlar, ehtimal ki, yalnız konyak şüşəsinin üzərindədir. Və ya qorxu haqqında boşboğazlıq edir. 2000 polis məmurunun müşayiəti ilə küçəyə çıxan bir adam... Noyabrın 9-da elə gizlənmişdi ki, tapılmırdı. Gorusda dronun səsini eşidəndə elə qaçırdı ki, mühafizəçilər ona çatmırdı. Xaç atasından sitat gətirəcəyəm - Nikol, varlığınız idrakımız üçün təhqirdir!”, - deyə o, bildirib.