Azərbaycanın nə qədər qızıl ehtiyatı var?
17.06.2021
2021-ci ilin yanvar-may aylarında Azərbaycanda hasil olunan qiymətli metalların həcmi açıqlanıb.
DM-in əldə etdiyi məlumata görə, beş ay ərzində ölkəmizdə 3 506 kiloqram qiymətli metal filizləri və konsentratları hasil edilib.
Onların ümumi hasilatı 2020-ci ilin yanvar-may aylarının göstəriciləri ilə müqayisədə 301,1 kiloqram və ya 9,4 faiz artıb. Bu dövr ərzində 1 444,6 kiloqram qızıl, 2 061,4 kiloqram gümüş hasil edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qızıl hasilatı 0,8 faiz, gümüş hasilatı isə 16,3 faiz artıb.
Təkcə may ayı ərzində isə ölkədə 317,4 kiloqram qızıl, 433 kiloqram gümüş hasil edilib.
Bildirilib ki, 1 iyun 2021-ci il tarixinə görə, ölkədə 319,6 kiloqram hazır qızıl ehtiyatı, 287,7 kiloqram hazır gümüş ehtiyatı var. Ötən ilin eyni dövrü ilə müqayisədə qızıl ehtiyatlarının həcmi 31,7 faiz artıb, gümüş ehtiyatlarının həcmi isə 17,5 faiz azalıb.
Əlavə edək ki, müvafiq dövrdə 1098,8 ton mis filizləri və konsentratları hasil edilib. Ümumi hasilat həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz artıb. Bu məhsul növü üzrə 674,9 ton hazır ehtiyat yaranıb.