Şoyqu və Arutyunyan sərhəd məsələsin müzakirə etdi
17.06.2021
Ermənistan müdafiə naziri vəzifəsini icra edən Vaqarşak Arutyunyan rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqu ilə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin həlli yollarını müzakirə edib.
DM xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, tərəflər Rusiya sərhədçilərinin Ermənistan-Azərbaycan sərhədinin Zəngəzur və Qekarkunik bölgələrindəki hissələrinə yerləşdirilməsi məsələsini müzakirə ediblər.