21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

“Caliber”: Şuşa Bəyannaməsinin ətraflı təhlili

17.06.2021

Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərdə son on ilin ən vacib sənədi hesab edilə bilər.

Bu barədə "Caliber” layihəsinin "YouTube” hesabında yayımlanan növbəti təhlilində qeyd olunub.

Videoda Şuşa Bəyannaməsi detallı şəkildə təhlil olunub.

"Caliber” vurğulayır ki, dövlətlər arasında 1994-cü və 2010-cu illərdə imzalanmış sənədlərə də istinad olunan mövcud müqavilə Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərdə keyfiyyətcə yeni bir mərhələ yaradır. Bütün bunlar isə Heydər Əliyev və Süleyman Dəmirəlin dövründə başladılan proseslərin məntiqi nəticəsi kimi təzahür edir.

Mətndə ayrıca qeyd olunur ki, Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin "Bir millət, iki dövlət” ifadələri iki xalqın milli-mənəvi dəyəri olaraq qiymətləndirilir. Bununla da ortaya aydın şəkildə mədəni-ideoloji bir vektor qoyulur.

Ətraflı videoda: