Almaniyadan PKK ilə bağlı hesabat
17.06.2021
Almaniya Konstitusiyasının Mühafizəsi Federal İdarəsi PKK-nin fəaliyyəti ilə bağlı hesabat təqdim edib.
DM xəbər verir ki, bu məlumatı "Anadolu” agentliyi yayıb.
Hesabatda zorakılığın PKK-nın strateji hədəfi olaraq qaldığı bildirilib. Rəsmi Berlin PKK-nın əvvəlki kimi nəhəng xarici ekstrimist qruplaşma olduğunu açıqlayıb.
Sənəddə PKK-nın Almaniyadakı üzvlərinin sayının 14500 nəfər olduğu, onların 2020-ci ildə 23,3 milyon dollar ianə topladığı qeyd olunub.