Mikayıl Cabbarov BMT və Azərbaycan arasındakı münasibətlərdən danışdı
16.06.2021
"2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin icrası üzrə İstiqamətləndirici Komitənin iclasında BMT-nin Ölkə üzrə İdarə Heyəti (United Nations in Azerbaijan) ilə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik”.
DM-in məlumatına görə, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.
O bildirib ki, sənədin icrası dayanıqlı sosial iqtisadi inkişafa, işğaldan azad olunmuş ərazilərimizin bərpasına və milli prioritetlərin reallaşdırılması istiqamətində layihələrin həyata keçirilməsinə töhfə verəcək.