Ərdoğan Milli Məclisdə Vahabzadənin şeirini dedi
16.06.2021
Milli Məclisin xüsusi iclasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışını Bəxtiyar Vahabzadənin şeiri ilə yekunlaşdırıb.
DM xəbər verir ki, Ərdoğan parlament kürsüsündən Bəxtiyar Vahabzadənin "Azərbaycan, Türkiyə” şeirini səsləndirib:
"Bir ananın iki oğlu,
Bir amalın iki qolu.
O da ulu, bu da ulu
Azərbaycan - Türkiyə.
Dinimiz bir, dilimiz bir,
Ayımız bir, ilimiz bir,
Eşqimiz bir, yolumuz bir
Azərbaycan - Türkiyə”.