Serj Sarqsyanın qardaşı oğlu həbs edildi
16.06.2021
Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın qardaşı oğlu Narek Sarqsyan 3.6 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə Ermənistan mətbuatı yazıb.
Serj Sarqsyanın qardaşı oğluna məhkəmə qərarı ilə 5,5 il həbs cəzası verilib. Məhkəmə onun həbsdə qaldığı müddəti də nəzərə aldıqdan sonra 3 il 6 ay 23 gün müddətinə azadlıqdan məhrum edildiyini açıqlayıb.
Narek Sarqsyan qanunsuz silah-sursat, narkotik və psixotrop tipli maddələrin dövriyyəsi və insan oğurluğunun təşkilində təqsirli bilinib.