31 01 2025-cu il Bakı 6 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ərdoğan: “Vətən müharibəsindən sonra regionda yeni vəziyyət yaranıb”

16.06.2021

"Mən çox şadam, çünki can Azərbaycandayam. Bəxtiyaram ona görə ki, Azərbaycanın Milli Məclisindəyəm”.

DM-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisin xüsusi iclasında çıxış edərkən deyib.

O bildirib ki, 44 günlük müharibədən sonra regionda yeni vəziyyət yaranıb.

Türkiyə liderinin sözlərinə görə, 30 illik münaqişədən sonra Azərbaycan qələbə qazandı.

"Böyük liderlik göstərək qələbəni Azərbaycana qazandıran Azərbaycan Silahlı Qüvvələrinin Baş Komandanı İlham Əliyevi bir daha təbrik edirəm. Mən Azərbaycan xalqını, Azərbaycan ordusunu təbrik edirəm”, - deyə o əlavə edib.