Azərbaycana ən çox pul transfert edən ölkələr SİYAHI
15.06.2021
Azərbaycana xaricdən daxil olmuş fiziki şəxslərin pul baratlarının həcmi və ölkələrin siyahısı açıqlanıb.
Mərkəzi Bankın məlumatına əsasən, 2021-ci ilin birinci rübündə Azərbaycana xaricdən 226,6 milyon dollar pul vəsaiti daxil olub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 20,6 faiz çoxdur.
Azərbaycana ən çox Rusiya Federasiyasından - 120 milyon dollara yaxın pul vəsaiti köçürülüb. Bu isə ötən ilin eyni dövrü ilə (illik) müqayisədə 25,9 faiz çoxdur. Türkiyədən isə ölkəmizə 20 milyon dollara qədər pul transfert edilib. Bu isə illik müqayisədə 11 faiz çoxdur. Növbəti ən çox pul köçürməsi edilən ölkə Amerika Birləşmiş Ştatlarıdır. İllik müqayisədə ABŞ-dan Azərbaycana pul transfertinin həcmi 17,6 faiz artıb.
Aşağıdakı infoqrafikada xaricdən Azərbaycana köçürülmüş pul baratlarının ölkələr üzrə məbləği və ötən ilin eyni dövrü ilə müqayisədə artım və azalma səviyyəsi əks olunub: