Koronavirusun bu simptomu yoxa çıxıb
15.06.2021
Koronavirusa yoluxan indiki xəstələrin simptomları əvvəlki xəstələrdən fərqlənir.
DM Medicina.az-a istinadən xəbər verir ki, ingilis həkimlər yeni pasiyentlərin ilk hiss etdikləri şikayətləri araşdırıblar.
Nəticələr göstərib ki, COVİD-19-un əsas əlaməti olan öskürək demək olar, yoxa çıxıb. Xəstələr daha öskürmür.
İndi xəstələrdə koronavirus mövsüm qripi kimi keçir. Əlamətlərdən baş ağrısı, əzələ ağrısı, burun tutulma qalır.
Eləcə də qəfildən iy, dadbilmə itkisinə rast gəlinir.