Xuan Manuel Santos getdi...
07.08.2018
Vəzifəsindən gedən Kolumbiya prezidenti Xuan Manuel Santos xalqı qarşısında vida nitqi ilə çıxış edib.
Sabiq prezident ümumiyyətlə böyük siyasətdən getdiyini bildirib.
Məlum olduğu kimi Kolumbiya prezidenti postunu seçkilərdə qalib gəlmiş İvan Duke tutacaq.
Santos iki dəfə ardıcıl prezident olub, 8 il Kolumbiyanı idarə edib.
O, vida nitqində deyib: "Siyasətdən gedirəm, amma sülh naminə digər sahələrdə fəaliyyətimi davam etdirəcəyəm. Ürəyimdə heç bir düşmənçilik hissi olmadan gedirəm. Qəlbimdə heç kin-küdurət, nifrət yoxdur".
Sabiq prezident Kolumbiyanın yeni seçilmiş prezidentinə də uğurlar arzu edib.