Bayden Ərdoğanla görüşü barədə AÇIQLAMA VERDİ
15.06.2021
ABŞ Prezidenti Co Bayden Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüş barədə açıqlama verib.
"Haber Global” məlumat verir ki Brüsseldə təşkil edilən NATO Sammitinə qatılan və zirvə çərçivəsində Prezident Ərdoğanla görüşən ABŞ lideri görüşdən sonra mətbuat konfransı təşkil edib.
Bayden Ərdoğanla müsbət və məhsuldar bir görüş keçirdiklərini vurğulayıb.
"Görüşün çox hissəsi özəl oldu”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, Ərdoğanla görüş zamanı bir çox mövzuda necə irəliləyəcəklərini də müzakirə ediblər:
"Konstruktiv görüş oldu. Əhəmiyyətli irəliləyişi qeyd edə bilərik. Heyətimiz danışıqlara davam edəcək, inanıram ki, Türkiyə ilə ABŞ arasında real irəliləyiş əldə edəcəyik”.