Türkmənistan Çinə borcunu tam bağladı
14.06.2021
Türkmənistan Çinin qaz layihələrinin reallaşdırılmasına ayırdığı borcu tam ödəyib.
DM xəbər verir ki, bunu Türkmənistan Baş nazirinin müavini Şahım Əbdürrəhmanov deyib.
"Borcun tam ödənildiyi ilə bağlı rəsmi bildiriş Çin Dövlət İnkişaf Bankının Sintzyan filialından alınıb”, – deyə o bildirib.
Qeyd edək ki, Türkmənistan Çindən borcu "Türkmənqaz” dövlət konserni üçün almışdı. Vəsait Türkmənistan-Çin qaz kəmərinin tikintisinə və "Qalkınış” qaz yatağının işlənməsinə xərclənmişdi.