“Ay-ulduzlular”dan Bakıda fərqli məşq taktikası
14.06.2021
AVRO-2020-nin qrup mərhələsində növbəti oyununu Bakıda Uelsə qarşı keçirəcək Türkiyə millisi maraqlı məşq taktikası ilə diqqət çəkib.
Bu barədə "Haber Global” məlumat yayıb.
Bakıda Uelslə qarşılaşmaya hazırlaşan "ay-ulduzlular”ın baş məşqçisi Şenol Güneş komandasına fərqli üslubda məşq keçib. Belə ki, meydanda qapılar bir-birinə yaxınlaşdırılıb və oyun sahəsi kiçildilib. Dar meydanda isə 22 futbolçu qaçmağın qadağan olunduğu bir şəraitdə məşq edib. Futbolçular qaçmadan topu qapıdan keçirməyə çalışıb.