Təyyarə Yaponiyada fövqəladə eniş edib
07.08.2018
Romadan Tokionun "Narita” aeroportuna uçan "Alitalia” şirkətinə məxsus "Boeing-777” sərnişin təyyarəsi Yaponiyanın şimalında yerləşən "Yeni Titoşe” aeroportuna fövqəladə eniş edib.
Kyodo agentliyi xəbər verir ki, fövqəladə enişə səbəb təyyarənin mühərrikində baş verən nasazlıq olub. Təyyarənin göyərtəsindəki 290 sərnişindən heç biri xəsarət almayıb, yanğın təhlükəsi yoxdur.
Təyyarə aeroporta endikdən sonra özü anqara doğru hərəkət edib. Hazırda baş verən hadisənin və təyyarədəki nasazlığın səbəbləri araşdırılır.