Azərbaycanın daha bir ölkədə səfirliyi təsis edildi
14.06.2021
Azərbaycan Respublikasının Bosniya və Herseqovinada (Sarayevo şəhərində) Səfirliyi təsis edilib.
DM xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikasının Bosniya və Herseqovinada (Sarayevo şəhərində) Səfirliyinin təsis edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu təsdiqləyib.