DİN-dən məktəb məzunlarına və valideynlərə MÜRACİƏT
14.06.2021
Daxili İşlər Nazirliyi (DİN) məktəb məzunlarına və valideynlərə müraciət edib.
DİN-in Mətbuat xidmətindən daxil olan müraciətdə deyilir:
"Hörmətli valideynlər!
Avtomobilinizi sürücülük hüququ olmayan yeniyetmələrə verməyin. Belə hallar aşkar olunduqda siz məsuliyyətə cəlb ediləcəksiniz.
Hörmətli məzunlar!
Özünüzü kiçik səhvlərə qurban verməyin. Valideynləriniz və cəmiyyətimiz sizdən böyük uğurlar gözləyir".