Ermənistanı 1,6 milyon adam tərk edib
14.06.2021
30 illik müstəqillik dövründə Ermənistanı 1,6-1,7 milyon nəfər tərk edib.
DM xəbər verir ki, bunu erməni ekspert Qagik Yeqanyan deyib.
"Onların 1,1-1,2 milyon nəfəri Rusiyaya, 150.000-i ABŞ-a, 120-150 mini Avropaya, yerdə qalanlar isə MDB-nin fərqli ölkələrinə və digər dövlətlərə köçüblər. Ən böyük miqrasiya 1992-1994-cü illərdə qeydə alınıb. 3 il ərzində Ermənistanı 600 min vətəndaş tərk edib. 1995-2001-ci illərdə Ermənistandan 250.000 nəfər miqrasiya edib ki, bu da orta hesabla ildə 40-45 min nəfər deməkdir”, – deyə o bildirib.
Yeqanyan 2016-2018-ci illərdə miqrasiyanın yenidən artmağa başladığını söyləyib. O, 1991-ci ildə əhali sayının 3.574.500 nəfər olduğu halda hazırda bu rəqəmin 1,8-1,9 milyon təşkil etdiyini bildirib.