Yarasalarda 24 yeni koronavirus növü aşkar edilib
12.06.2021
Çinin Şandonq Universitetinin alimləri koronovirus növlərinin öyrənilməsi məqsədilə yarasalar üzərində tətqiqat aparıblar.
CNN məlumat verir ki, 2019-cu ilin may - 2020-ci ilin noyabr aylarını əhatə edən araşdırmalar zamanı müxtəlif yarasa növləri tədqiq olunub. Vəhşi heyvanların bioloji nümunələrində 24 yeni COVID genomu üzə çıxarılıb. Onların dördünün SARS və COVID-19-a bənzədiyi bildirlib.
Qeyd edək ki, yarasalardakı sözügedən viruslar, adətən "beta koronaviruslar” olaraq mövcudluğunu davam etdirir. Lakin müəyyən şərtlər altında onlar mutasiyaya uğrayaraq digər heyvanlara, hətta insanlara da keçə bilir.